8 – 14 sentyabr tarixlərində Gürcüstanın Kutaisi şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası keçirilib. Ümumilikdə 24 Avropa ölkəsindən 96 məktəblinin təmsil olunduğu olimpiadaya 4 azərbaycanlı şagird qatılıb.
Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala layiq görülüb.
Qeyd edək ki, 7-ci dəfə təşkil edilən olimpiadada şagirdlərimiz 2017-ci ildən iştirak edirlər. Bu müddət ərzində məktəblilərimiz 3 gümüş və 6 bürünc medal qazanıblar.
10-cu sinif şagirdimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından gümüş medalla qayıdıb
14 Sentyabr 2023
![](/apps/zaliyeva//assets/uploads/activities/photo_8b200816c7fce8b5f3b045c92a2b6f02.jpg)
![](/apps/zaliyeva//assets/uploads/activities/photo_35a9269fdb20957436fa5945866b0d09.jpg)