8-ci sinfə qəbul olmaq istəyənlər üçün qəbul prosesinə başlanılır

15 May 2024

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçiriləcək. Sözügedən lisey və gimnaziyalara ərizə qəbulu may ayının 20-də başlayacaq və 13 iyuna kimi davam edəcək.  Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi  mərkəzi seçməlidir.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar.  İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri standart suallar təqdim ediləcək.
Qeyd edək ki, növbəti tədris ilində də Azərbaycan və rus bölmələrinin şagirdləri akademik Zərifə Əliyeva adına liseyi seçərək 8-ci sinifdə təhsil ala bilmək üçün imtahanda iştirak edə bilərlər.
Sənəd qəbulu və imtahan liseyimiz tərəfindən aparılmır, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Ətraflı

8-ci sinfə qəbul tarixi: 21 iyun  2024-cü il