Elm qida kimidir. Ona hər zaman ehtiyac vardır. Faydası isə hər kəsədir.
Qardner yazırdı: “İstedad və təhsil insanı yeni kəşflər yolunda gücləndirər”.
2016-cı il 1 dekabr tarixində Azərbaycan elmində öz dəst-xətti olan ziyalılarımızdan biri akademik Vaqif Abbasovla görüş baş tutdu. Görüşdə Neft-Kimya Prosesləri İnstitutunun bir sıra nümayəndəsi və liseyin 9-10-cu sinif şagirdləri iştirak edirdilər. İstedadlı alimlə görüş lisey şagirdləri arasında böyük sevincə səbəb oldu. Şagirdlərlə səmimi şəkildə söhbət aparan Vaqif Abbasov həm müəllim, həm də həmmüəllif olduğu bir çox kitabları məktəb kitabxanasına hədiyyə etdi. Görüşün sonunda iki qurum arasında bir sıra razılıqlar əldə edildi:
I Akademik Zərifə Əliyeva adına lisey və Neft-Kimya Prosesləri İnstitutunun arasında əməkdaşlıq müqaviləsi bağlansın.
II Kimya elmi ilə yaxından maraqlanan şagirdlər Neft-Kimya Prosesləri İnstitutunda təcrübə keçsinlər.
III “Sabahın alimləri” müsabiqəsində iştiak etmək üçün layihələr hazırlanaraq tədqiqat işləri aparılsın.
IV İnstitutun alimləri liseydə ustad dərslər keçsinlər.
V Akademik Zərifə Əliyeva adına liseyin kimya laboratoriyası lazım olan reaktivlərlə təmin olunsun.
Akademik Zərifə Əliyeva adına lisey olaraq akademik Vaqif Abbasova və institut əməkdaşlarına göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirik.