Bilik günü

16 Sentyabr 2019

Hər il olduğu kimi liseyimizdə “Bilik Günü” xüsusi ruh yüksəkliyi ilə qeyd olundu.

      Açılış mərasimində çıxış edən liseyin direktoru M.Vəliyeva  təhsil işçilərini , liseyin müəllim və şagird kollektivini təbrik etdi. Liseyin ötən tədris ilində qazandıqları uğurlardan danışan M.Vəliyeva qarşıda gələn tədris ilinin də uğurlu olacağına inandığını  bildirdi.

Tədbirdə iştirak edən rəsmi qonaqlar da yüksək  göstəricilər əldə  etmiş  liseyin kollektivini  təbrik etdilər və uğurlarının davamlı olmasını dilədilər.

Səslənən ilk zəng sədası elmin sirlərinə yiyələnməyi  səbirsizliklə gözləyən şagirdləri sinif otaqlarına dəvət etdi.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0