Müstəqil Azərbaycanın memarı

12 Dekabr 2019

Liseydə ümummilli lider, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar toplantı keçirildi.

     Toplantını giriş sözü ilə açan liseyin direktoru M.Vəliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on altı il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən  Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirdi. Sonra liseyin şagirdləri ulu öndərin həyat və yaradıcılığını əks etdirən hazırladıqları təqdimatla çıxış etdilər, xalqı daim mübariz olmağa səsləyən şeirlər söylədilər.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0