Liseyimizin şagirdi Dubayda keçirilən beynəlxalq olimpiadada dünya biricisi olub

01 İyul 2024

22-26 iyun tarixində Dubayda FISO olimpiadasının qlobal mərhələsi təşkil olunub. Ölkəmiz böyük komanda ilə təmsil olunub. Şagirdlər Riyaziyyat, Məntiq, Fizika, Biologiya, Kimya Elm, İngilis dili fənləri üzrə biliklərini nümayiş etdiriblər. Komanda hesabında dünya birinciliyini əldə edən millimiz Azərbaycanın müxtəlif bölgələrindən olan məktəblilərdən ibarət olub. Qlobal uğura imza atan komandamız Azərbaycan bayrağını beynəlxalq arenada şərəflə dalğalandırıb. Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Mehdiyev Fiso İngilis dili nominasiyasında ən yüksək balı toplayaraq dünya birincisi olaraq qiymətli hədiyyə və 1-ci brilliant kubokunu əldə edib.
Şagirdimizi ürəkdən təbrik edirik.