Unutduqlarınızı xatırlayın, itirdiklərinizi axtarın, incidiklərinizi bağışlayın, insanlara onları sevdiyinizi söyləyin. Unutmayın, bayram bərəkətdir,ümiddir, sabahlara niyyətdir.
Zamansızlıqda və məkansızlıqda insana özünü Allah qarşısında verdiyi anda əməl edərkən İsmayıl peyğəmbər əvəzinə qoç göndərildiyini görən İbrahim peyğəmbər kimi iliklərinə qədər rahat və xoşbəxt hiss etdirən, bizi qardaş və millət edən, ortaq dəyərlərimizin başında gələn mübarək Qurban bayramı münasibətilə millətimizi, İslam aləmini ürəkdən təbrik edir və hər birinə sülh, əmin-amanlıq, mənəvi bərəkət diləyirik.