Məktəbimizdə keçirilən maraqlı Breyn-rinq

19 Mart 2012

17.03.12 tarixində Akademik Zərifə Əliyeva adına məktəbdə ingilis dilində maraqlı bir breyn-rinq keçirildi. Gürcü şagirdləri ilə məktəbimizin şagirdləri arasında gedən bilik yarışması ingilis dili həftəsinin son günündə baş tutdu. Bu bilik yarışmasında maraqlı və olduqca düşündürücü suallara cavab verməyə çalışan hər 2 komanda bir-birinə qalib gəlmək üçün əllərindən gələni edirdilər, öz qabiliyyətlərini, bilik və bacarıqlarını nümayiş etdirdilər. Sualların sonunda komandalar ingilis dili müəllimləri tərəfindən obyektiv qiymətləndirildilər...

Məktəbimizin şagirdlərinin qalibiyyətilə sona çatan breyn-rinqdə hər iki komandanın bütün iştirakçıları sertifikatla təltif olundular.