Məzun günü

30 Yanvar 2015

Akademik Zərifə Əliyeva adına liseydə 30.01.2015 -ci il tarixində məzunlarla görüş keçirildi. 

Dünən məktəb partası arxasında oturan, bu gün isə artıq "Tələbə" kimi şərəfli adı daşıyan məzunlar öz sevinclərini, "Həyat" adlı kitablarına əlavə olunan bu yeni səhifədə qazandıqları uğurları, qarşılaşdıqları problemləri onların üzərində böyük zəhməti olan sevimli müəllimləri ilə paylaşdılar.

Görüş məzunların şərəfinə təşkil olunmuş ədəbi-bədii gecə ilə yekunlaşdı.