“Ordun varsa, yurdun var!” Respublika gününə həsr olunmuş ənənəvi hərbi yarış

27 May 2013

“Ordun varsa, yurdun var!” Respublika gününə həsr olunmuş ənənəvi hərbi yarış

Liseydə Respublika günü ilə əlaqədar hərbi yarışların keçirilməsi ənənə halını almışdır. Hər il tədbirin adı dəyişdirilsə də, bu tədbir müxtəlif başlıqlar altında keçirilsə də, məzmun və məqsəd birdir: şagirdləri vətənpərvər ruhda yetişdirmək!

Bu ilki hərbi yarış liseyin hərbi rəhbəri polkovnik-leytenant Q.Eyvazov tərəfindən hazırlanmış “Ordun varsa, yurdun var” devizi altında liseyin X sinif şagirdləri arasında keçirilmişdir.