18 və 189 nömrəli məktəblərlə əməkdaşlıq

26 Fevral 2016

Fevral ayının 24-ü  M.Müşfiq adına 18№li tam orta məktəbdə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş ”Unutmadıq! Unutdurmadıq!” adlı ədəbi-bədii gecə keçirildi. Məktəbin direktoru Rəna Süleymanova Xocalı faciəsinin mahiyyəti və tarixi əhəmiyyəti haqqında məlumat verdi. Faciə zamanı həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbdə qonaq olmuş liseyimizin şagirdləri Məmməd Arazın “Məndən ötdü, sənə dəydi” əsərinin səhnələşdirilmiş versiyasını tədbir iştirakçılarına təqdim etdilər.Qeyri-adi üslubda hazırlanmış kompozisiya hamının böyük marağına səbəb oldu.  
Fevralın 26-sı isə 189 №-li orta məktəbdə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir baş tutdu. Bu tədbirdə də liseyimizin şagirdləri Məmməd Arazın “Məndən ötdü” əsərini səhnələşdirdilər. Tədbir  lisey şagirdlərimizin çıxışı ilə daha dolğun xarakter almış oldu. 

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0