2022-2023 tədris ilinin ilk Pedoqoji şura iclası keçirilib

14 Sentyabr 2022

14 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin kollektivi ilə 2022-2023-cü tədris ilinin ilk Pedaqoji Şura iclası təşkil edilib. İclasda ilk öncə qəhrəman şəhidlərimizin və eləcə də 2021-2022 tədris ilində liseyimizin məzunu olan Quliyev İlhamın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Liseyimizin direktoru Fərqanə İsayeva yeni tədris ilinin başlaması münasibətilə kollektivi təbrik edib, onlara qarşıda duran bu böyük məsuliyyətli işlərində bol-bol uğurlar arzulayıb.
Daha sonra direktor müavinlərinin 2021-2022-ci tədris ilindəki nəticələr əsasında hazırladıqları hesabatlar kollektivin diqqətinə çatdırılıb. Yeni tədris ilində təkliflər verilib, qarşıda duran məsələlər, hədəflər  və gündəlikdəki məsələlər müzakirə edilib. 
 

 


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0