8 Mart - Qadınlara həsr olunmuş tədbir

07 Mart 2014

     8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi K.Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.

 

     İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. Bu günümüzədək 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.

     Liseyimizdə 7 mart tarixində “8 Mart Beynəlxalq Qadınlar Bayramı”na həsr olunmuş möhtəşəm bir tədbir keçirildi.. Tədbirdə liseyin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak edirdilər. Təbdirə bir neçə qonaqlarda dəvət edilmişdi.  Şagirdlər  öz fikirlərini, qadınlara, analara olan sözlərini səhnəciklərlə və musiqi vasitəsilə ifadə etməyə çalışdılar. Həm çox gözəl təbrik sözləri söylədilər, eyni zamanda müəllimlərə hədiyyələr də təqdim etdilər...  

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0