Akademik Zərifə Əliyeva adına liseydə Beynəlxalq Müəllim Günü qeyd olundu

05 Oktyabr 2017

  5 oktyabr 2017-ci il tarixdə Akademik Zərifə Əliyeva adına liseydə Beynəlxalq Müəllim Günü qeyd olundu. Liseyimizin foyesində keçirilən tədbirdə şagirdlərimiz əyləncəli proqramlarla çıxış etdilər. Onların hazırladıqları maraqlı rəqs, mahnı, səhnəcik nümunələri kollektivə sevinc dolu anlar yaşatdı. Tədbirdə çıxış edən müəllimlər şagirdlərimizə öz təşəkkürünü bildirdilər, direktorumuz Mehriban xanım da tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz ürək sözlərini çatdırdı. Sonda məktəbin müəllim və şagird heyəti xatirə şəkli çəkdirdilər.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0