Akademik Zərifə Əliyeva adına liseydə Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyası keçirildi

10 May 2016

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günüdür. Artıq 13-cü ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird kollektivi də Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş ağacəkmə kampaniyasında iştirak etdilər.