Akademik Zərifə Əliyeva adına liseyin növbəti xeyriyyəçilik addımı

16 İyun 2015

Əmirova Zəhra Ramazan qızı.

Doğum tarixi: 10.10.2014
Doğulduğu yer: Azərbaycan Respublikası, Qax rayonu
Diaqnoz: anadan gəlmə ürək qüsurlu

9 iyun tarixində Zərifə Əliyeva adına liseyin maddi dəstəyi ilə Akademik M.A.Topçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzində həkim kardioloq Elnur Həsənov tərəfindən əməliyyat olunub. 
Əməliyyat uğurla başa çatıb.