Akademik Zərifə Əliyevanın 91 illik yubileyi və Xeyriyyə aksiyası

28 Aprel 2014

     28.04.2014-cü il tarixində liseyimizdə Akademik Zərifə Əliyevanın anadan olmasının 91 illik yubileyinə həsr olunmuş tədbir və xeyriyyə aksiyası keçirildi. 
     Ürəyi Vətən eşqi, xalq sevgisi ilə dolu olan Zərifə xanımın xeyirxah əməllərinin davamı kimi keçirilən belə xeyriyyə aksiyaları şagirdlərin ürəyində insanlara sevgi, mərhəmət hissi aşılamaqda böyük rol oynayır.  Vaxtında və zamanında faydalı olmağı öyrədir. 
     Şagirdlərin təşəbbüsü ilə təşkil olunmuş bu aksiyadan əldə olunan vəsait ürək çatışmazlığından əziyyət çəkən Sənan Mirzəyevin müalicəsinə sərf olunacaq.