Azan dinməz... Bayraq enməz... Vətən bölünməz

10 Noyabr 2015

Ey mavi göylərdə üç müqəddəs rəngi ilə dalğalanan bayragim!
Ey bacımın gəlinliyi, ey şəhidimin son örtüyü!
Ey döyüş  qartalı, ey sülh göyərçini!
Ey tarixim, şərəfim, ruhum, mənəviyyatım!

Mən bir bayraq tanıyıram:

Dalğalandığı yerdə nə qorxu, nə kədər var.
Dünyanı işıqlandırmağa ay-ulduzunun əbədi parıltısı yetər.
Sinəsi ulduzlu, üzü ay kimi nurludur.
Bayraq deyil, uca zirvələrdə dalğalanan  şəhidlərimizin qanıdır.
Onun dalğalandığı  yurdda doğulduq və orada da öləcəyik. 

O yurd ki, ona sevgimizi və sədaqətimizi dəryalar mürəkkəb, meşələr qələm olsa yazıb bitirə  bilməz.

Bayraq günümüz mübarək olsun!

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0