Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 24-cü ildönümü

16 Oktyabr 2015

                                                                    Tarixin itirilməyən tək dəyəri azadlıqdır.
                                                                                             Albert Kamus

Müstəqillik elə bahalı nemətdir ki, onun dəyəri pulla yox, ondan müqayisə edilməyəcək dərəcədə dəyərli olan qırmızı qanla alınar.  Azadlıq millətin simvoludur. Xoşbəxtliyin sirri azadlıq, azadlığın sirri isə cəsarətdir. 
16 oktyabr 2015-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə " Müstəqillik günü" qeyd edildi. Tədbirdə iştirak edən tarix  müəllimləri şagirdlərə bu nemətin dəyərindən və bu tarixi günün əhəmiyyətindən bəhs etdilər. 
Tədbir şagirdlərin xatirəsində silinməz izlər buraxmaqla yanaşı gənc nəslə müstəqilliyin qan bahasına alınan müqəddəs nemət olduğunu xatırlatdı.