Bayramınız mübarək, əziz qadınlar!

07 Mart 2013

Bu gün liseydə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi. Liseyin ənənəsinə görə, bayram konserti liseyin oğlanları tərəfindən hazırlanır.

Hər il olduğu kimi bu il də 11-ci siniflərin oğlanları bir-birindən fərqli və rəngarəng çıxışları ilə liseyin qadın kollektivini və qızları təbrik etdilər . Bayram konsertindən yaranan bayram əhval-ruhiyyəsi uzun müddət qadın və qızlarımızı tərk etmədi.