Beynəlxalq Ana Dili günü

21 Fevral 2015

Bu gün Akademik Zərifə Əliyeva adına liseydə Beynəlxalq Ana Dili  günü ilə əlaqədar "Mənim dilim, mənim kimliyim" adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə iştirak edən VIII-IX sinif şagirdləri dilimizin əsrlər boyu inkişaf edərək kamil bir dilə çevrilməsindən, bu incə və lətafətli dilin bütün dövrlərdə gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumasından danışdılar. Keçmişə səyahət edərək gündoğandan günbatana qədər dünyanı dolanıb zaman -zaman geri qayıdaraq müxtəlif dövrlərdə ədiblərimizin, qabaqcıl mütəfəkkirlərin dilimiz haqqında söylədiklərini araşdırıb tamaşaçılara çatdırdılar.
Tədbirdə iştirak edən müəllimlərdən Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Pərvin Qəribova, Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Axundova çıxış edərək hamını bu əlamətdar gün münasibəti ilə təbrik etdilər, dilimizi öyrənən, təbliğ edən şagirdlərə təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda liseyin direktoru Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Mehriban xanım Vəliyeva çıxış edərək şagirdlərə hazırladıqları tədbirə görə təşəkkürünü bildirdi. Ana dilinə olan bu sonsuz sevgini daha da inkişaf etdirməyi, bu zəngin və ahəngdar dilin gözəlliyini yad ünsürlərin təsirindən qoruyaraq gələcək nəsillərə çatdırmağı tövsiyyə etdi.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0