Dostluq körpüsü qurmaqda davam edirik

21 May 2024

21.05.2024-cü il tarixində Ukraynanın İrpen şəhərində yerləşən Akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird kollektivi liseymizin qonağı oldu. Görüşdə Ukrayna Respublikasının və Azərbaycan Respublikasının Dövlət Himnləri səsləndi. Liseyin Profil üzrə dikertor müavini Aynur Hüseynova qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Daha sonra İrpen şəhəri Akademik Zərifə Əliyeva adına liseyin direktoru V.S.Antonenko öz lisey haqqında maraqlı açıxış etdi. Şıxış zamanı lisey haqqında videoçarx nümayiş olundu.

  Daha sonra liseyimizin şagirdləri qonaqlar qarşısında musiqi nömrələri ilə çıxış etdirlər. Görüş çərçivəsində İrpenli şagirdlər robotların yaradılmasında yaxından iştirak etdilər. Hər iki liseyin şagirdləri arasında voleybol yarışı təşkil olundu.