Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş siniflərarası idman yarışı

29 Dekabr 2014

              25, 26 və 29 dekabr 2014-cü il tarixində Zərifə Əliyeva adına liseydə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş siniflər arası ənənəvi idman yarışı keçirilmişdir. Yarış iki yaş qrupu üzrə təşkil olunmuş və olimpiada sistemi üzrə keçirilmişdir. 25.12.2014-cü il tarixində VIII-IX siniflər arasında, 26.12.2014 -cü il tarixində isə X-XI siniflər arasında 1/4 və yarımfinal keçirilərək finalçılar müəyyən edilmişdir. 29 dekabr tarixində isə yarışların final mərhələsi baş tutmuşdur. Şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə kənardan münsiflər heyəti dəvət olunmuşdur. Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Avropa Azərbaycan məktəbindən Cəmil Dadaşov və 53 saylı məktəbdən Məlahət Fətullayeva münsiflər heyətinin tərkibindəki rəsmi nümayəndələr sırasında idi.
           Final mərhələsini giriş sözü ilə liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Fətiyeva açıq elan etmişdir. Direktor müavini ilk olaraq idman yarışlarının əhəmiyyətindən danışdı və bu yarışı təşkil etdiklərinə görə liseyin fiziki tərbiyə müəllimlərinə minnətdarlığını bildirdi.
            Daha sonra qonaqlar da çıxış edərək idmanın əhəmiyyətini vurğuladılar. Çıxışlardan sonra final yarışına start verildi. İlk olaraq 8A2 və 9R1 sinifləri, daha sonra isə digər finalçılar 10A2 və 11R2 sinifləri yarışdılar. Gərgin keçən mübarizədə 9R1 və 10A2 komandaları rəqiblərini üstələyərək qalibiyyət əldə etdilər.
             Qalib komandalara Akademik Zərifə Əliyeva adına liseyin keçici kuboku təqdim edildi və onlar diplomlarla təltif olundular.
       

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0