Faşizm üzərində qələbədən 70 il keçir

08 May 2015

Bu gün liseydə 1941 - 1945 -ci illər müharibəsində faşizm üzərində qələbənin 70 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə ölkəmizin tarixi məqamlarını yaşatmaq, xalqımızın göstərdiyi qəhrəmanlıqları dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı "Hədəf Bakıdır" sənədli filminin nümayişi oldu. 
Ön cəbhədə döyüşən, arxa cəbhədəki gərgin əməyi ilə böyük qələbədə payı olan insanların xatirəsinə həsr olunmuş bu film şagird və müəllim kollektivi tərəfindən maraqla izləndi.