“Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsi

06 Aprel 2013

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 yanvar 2013-cü il tarixdə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2679 nömrəli Sərəncam imzalamış və həmin Sərəncamla yubileyin keçirilməsinə dair geniş Tədbirlər Planı təsdiq etmişdir.Azərbaycan Respublikası Təhsil Nazirliyi də öz növbəsində sərəncamı əsas tutaraq 4 fevral 2013-cü il 177№-li əmrə əsasən ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz rolu və müstəsna xidmətlərini nəzərə alaraq, təhsil sahəsində bu tarixi günü yüksək səviyyədə qeyd etmək üçün cari ilin əvvəlindən başlayaraq yubileyin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq fəaliyyət planı hazırlayıb və ardıcıl olaraq həyata keçirilməkdədir. Nəzərə tutulan əsas tədbirlərdən biri ümummilli liderə həsr olunmuş “ Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin keçirilməsidir.

İnşa müsabiqəsinin üç mərhələdə -rayon, şəhər və respublika mərhələsinin keçirilməsi nəzərdə tutulmuş, kvota üzrə Bakı şəhəri üzrə 11, peşə liseyləri üzrə 10, orta ixtisas məktəbləri üzrə 15 nəfər seçilmişdir. Hal – hazırda inşa müsabiqəsində 108 nəfər iştirak edir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında inşa yazı müsabiqəsinin qalıbləri mükafatlandırılacaq. Bilik yarışı qaliblərinin ulu öndər haqqında öz fikir və düşüncələrini yeniyetmə təbiətinə xas olan ülvi hisslərlə, sonsuz ehtiram duyğuları ilə ifadə etdikləri yazıları ənənəyə sadiq olaraq kitabça şəklində çap olunacaqdır.