İlk dərs günü

16 Sentyabr 2013

   Respublikamızın hər yerində olduğu kimi, liseyimizdə də bu gün yeni
2013-2014-cü dərs ilinin ilk zəngi səsləndi. Yeni dərs ilinin başlanması ilə bağlı ilk tədbirimiz, həmişəki kimi, maraqlı və yaddaqalan oldu.
Tədbirdə ötən dərs ilinin nailiyyətlərindən danışıldı. Qeyd edək ki, nailiyyətlərimiz sevindirici və ürəkaçandır. Bu ilki məzunlarımız onlara göstərilən etimadı layiqincə doğrultmuşlar.
Öz ürək sözləri ilə çıxış edən valideynlər müəllimlərə çəkdikləri zəhmətə və əziyyətə görə təşəkkür etdilər. Sonra liseyin müəllimləri də şagirdlərə ən ümdə arzularını bildirərək tövsiyyələrini verdilər.
İncəsənət nümayəndələrinin çıxışları tədbirimizə xüsusi rəng qatdı.  


                                                            Yeni dərs iliniz uğurlu olsun!