Məzunumuzla görüş təşkil edilib

16 May 2024

Bu gün liseydə 2013-cü il məzunu, hal- hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində  Reabilitasiya , keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri vəzifəsində işləyən Bahadur Rzayevlə görüş keçirilib.

Liseydən məzun olduqdan sonra B.Rzayev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş, akademiyanı bitirdikdən sonra isə təhsilini İstanbul Universitetində magistr piləsində davam etdirmişdir. Bununla kifayətlənməyərək Almaniyanın RWTH Aachen Universitetində tədqiqat proqramına qoşulmuşdur. 2022-2023-cü illərdə Böyük Britaniyanın Birminhem Universitetində Səhiyyənin idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirmişdir.

B. Rzayev liseyin şagirdləri ilə iş karyerasında inkişaf üçün hansı çətinliklərlə rastlaşa biləcəklərini  və bu çətinliklərin öhdəsindən hansı yollarla gələ biləcəkləri barədə səmimi söhbət apardı. Şagirdləri maraqlandıran sualları cavablandırıb. Xaricdə təhsillə, universitet seçimi ilə bağlı faydalı məsləhətlər verib.

Tədbir iştirakçıları bu görüşün keçirilməsinin təşəbbüskarı Profil üzrə direktor müavini Aynur Hüseynovaya təşəkkürlərini bildirdilər və liseyin məzunları ilə belə görüşlərin davamlı təşkil olunmasını arzuladıqlarını vurğulayıblar.

 “Məzunlarımızın uğur hekayələri”ni hər zaman  dinləməyə hazır olduqlarını bildiriblər.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0