Milli İnternet Mükafatı

24 Dekabr 2013

 Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial,  mədəni,  elmi,  iqtisadi,  hüquqi və s. sahələrdə fəaliyyət göstərən,  Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.
Liseyin fəaliyyətinin 5 illiyi  münasibəti ilə tamamilə yeni forma və məzmuna malik sayt hazırladıqdan sonra Milli Net müsabiqəsində iştirak etmək qərarına gəldik. Bu müsabiqəyə 401 iştirakçıdan 319-u buraxıldı. Müsabiqə 2 mərhələdən ibarət idi. Ilk mərhələdə nominantlar, sonra isə qaliblər seçilməliydi. Elm və təhsil nominasiyasına aid 31 iştirakçıdan seçilmiş 9 nominant arasında olmağımış böyük nailiyyət idi. 24 dekabr 2013-cü ildə Bakının Four Season hotelində qaliblərin mükafatlandırılması mərasimi keçirildi. 9 nominant arasında 2-ci yerin sahibi olduq. Maraqlısı odur ki, müsabiqəyə 2 lisey və 2 universitet ərizə vermişdi. Seçilmiş 9 nominant arasında yeganə lisey olaraq qalib olmaq Azərbaycan təhsili üçün və liseyimiz üçün çox böyük uğurdur.  
Liseyimizin veb səhifəsi istifadəçilərə lisey haqqında informasiya verməklə yanaşı, onların liseylə qarşılıqlı əlaqəsinə də kömək edir. Bu il liseyə ərizə qəbulunun elektron formada keçirilməsi bunun baris nümunəsidir. Bu addım lisey kollektivinin işini asanlandırmaqla yanaşı, valideynlərə də böyük kömək etmişdir.
 İKT ilində aldığımız bu mükafat bizə verilən dəyəri göstərməklə yanaşı, həm də bizi 1-ci olmağa stimullaşdırdı. Veb səhifəmizin çatışmazlıqlarını aradan qaldırıb növbəti illərdə 1-ciliyi qazanmaq üçün bu və digər müsabiqələrdə iştirak etməyə çalışacağıq.

http://ict.edu.az/az/xeberler/item/872.html

http://portal.edu.az/index.php?r=article/item&id=906&lang=az