Müstəqil Azərbaycanın memarı

10 May 2024

08.05.2024-cü il tarixində liseydə müstəqil, suveren, qüdrətli və güclü Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Milli Azərbaycan Tarixi Müzeyinin direktor müavini , tarix elmləri doktoru Fərhad Cabbarov və Birinci Qarabağ müharibəsinin qazisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışaqədərki hazırlıq idarəsinin orta məktəblərdə hərbi vətənpərvərlik və çağırışaqədərki hazırlıq şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov iştirak ediblər.

Tədbiri liseyin tarix müəllimi Pərviz Ağalarov açaraq qeyd edib ki, buğünkü qələbələrimiz məhz Ulu Öndərin adı ilə bağlıdır. Bütün qazanılan nailiyyətlərin əsasını Heydər Əliyev qoyub, Azərbaycanımızın gələcək inkişafını Heydər Əliyev təmin edib.

Polkovnik Asəf Əhmədov çıxışında Heydər Əliyevin ordu quruculuğunda əvəzsiz rolundan danışıb.

Tarixçi Fərhad Cabbarov şagirdləri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı maraqlı faktlarla tanış edib. F.Cabbarov çıxışında qeyd edib ki, illər ötdükcə Ümummilli Liderin siyasi kursunun və inkişaf strategiyasının nə qədər uzaqgörən olduğu bir daha təsdiqini tapır.