“Mərhəmətə aparan yol”

27 Aprel 2013

27 aprel 2013-cü ildə liseyimizdə Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə əlaqədar böyük tədbir keçirildi. Tədbir görkəmli alimin məzarı üzərinə əklilin qoyulması ilə başlandı. Sonra tədbir iştirakçılarına lisey şagirdlərinin Zərifə xanımın həyat və fəaliyyəti ilə bağlı hazırladıqları çıxışları və bir-birindən rəngarəng musiqi nömrələri təqdim olundu.
 Tədbir “Mərhəmətə aparan yol” adlı xeyriyyə aksiyası ilə başa çatdı. Bu aksiyanın keçirilməsində əsas məqsəd Zərifə xanımın xatirəsinə hörmət və diqqətlə yanaşı, şagirdlərdə xeyirxahlıq və mərhəmət hissini tərbiyə etmək idi.