“Novruzu bayram edək, həyatı bayram edək!” adlı bayram şənliyi

15 Mart 2013

“Novruzu bayram edək, həyatı bayram edək!” adlı bayram şənliyi silsilə tədbirlər sırasından biri idi. Özünün qədimliyi, zənginliyi və adət-ənənələrin bolluğu ilə seçilən Novruz bayramı liseyimizdə dəbdəbə və təmtəraqla qeyd olunan bayramlardan biridir.

Siniflər tərəfindən hazırlanan bayram xonçalarının nümayişi, şagirdlrin ifa etdikləri mahnı və rəqslər bayrama xüsusi rəng qatmışdır.

Tədbirin sonunda liseyin direktoru M.Vəliyeva çıxış edərək öz rəngarəng çıxışları ilə liseyə xoş əhval-ruhiyyə bəxş edən şagirdlərə təşəkkürünü bildirdi və onları bayram münasibətilə təbrik etdi.