Qafqaz Universitetinə ekskursiya

06 Fevral 2014

6 fevral 2014-cü il tarixində liseyimizin bir qrup şagird və müəllim heyəti Qafqaz Universiteti ilə tanışlıq üçün ekskursiyaya yollandı. Qafqaz Universitetində ekskursiya ilk olaraq konfrans zalından başladı. Şagirdlərə Ahmet Saniçtərəfindən geniş məlumatlar verildi, konfransın sonlarına doğru sualları cavablandırıldı və daha sonra Universitetin əsas korpusunda kompyuter və informasiya texnologiyaları laboratoriyasını gəzdilər. Günortaya doğru nahar fasiləsi oldu və  daha sonra isə iqtisadiyyat korpusuna gəzinti şagirdlərin  Universitet haqqında məlumatını  artırdı. Bu, Universitetdə tələbələrə olan qayğının nə dərəcədə yaxşı və səmimi olduğunun şahidi oldular. Şagirdlər gələcəkdə Qafqaz Universitetində təhsil almaq arzusu ilə oradan ayrıldılar.