"Qarabağ" klipinin təqdimatı

07 May 2014

Bildiyimiz kimi 8 may 2014-cü il tarixində Şuşanın işğalının 22-ci ildönümü qeyd olundu. Bu məqsədlə liseyimizdə 7 may tarixində sözləri Qənirə xanım Paşayevaya, musiqisi Zümrüd xanım Tağıyevaya məxsus olan “Qarabağ” adlı mahnıya çəkilmiş klipin təqdimat mərasimi keçirildi. Təqdimatın liseyimizdə keçirilməsinin başlıca səbəblərindən biri klipin ideya müəllifinin Məhəbbət xanım Vəliyevanın olması, digəri isə klipdə baş rolda liseyimizin şagirdlərinin iştirak etməsi idi. Həmin gün liseyimizə Təhsil nazirliyinin nümayəndələri,mahnının sözlərinin müəllifi və millət vəkili Qənirə xanım Paşayeva, bəstəkarı Zümrüd xanım Tağıyeva, ifaçısı Azərin xanım, klipin rejissoru Namiq Cəfərov və digər qonaqlar dəvət olunmuşdu. Tədbiri liseyimizin direktoru Məhəbbət xanım Vəliyeva açıq elan edərək gələn qonaqları salamladı və hamını klipə baxmağa dəvət etdi. Klipin təqdimatından sonra gələn qonaqlar tədbirdə çıxış edərək klip haqqında öz fikirlərini bildirdilər.