"Sabahın alimləri" II Respublika müsabiqəsi

08 Fevral 2013

Bu gün Bakıda "Intel ISEF" - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində "Sabahın alimləri" II Respublika müsabiqəsi öz işinə başladı. Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirilməsi və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir.

Bu il Sabahın alimləri" II Respublika müsabiqəsində liseyimizin 9- 11- ci sinif şagirdlərindən
1.Baxşıyev Suad
2.Əliyev Elnur,
3.Səmədov Davud,
4.Məmmədova Aydan
öz tədqiqat layihələri ilə iştirak etdilər.

Müsabiqəyə təqdim olunan layihələr aşağıdakılardır:
1. “Yeni GalFan texnologiyalı istehsal xəttinin dizaynı və mühəndisliyi”- 11 r1 sinfinin şagirdi- Suad Baxşıyev və 10 r1 sinfinin şagirdi Elnur Əliyev.
Layihənin elmi rəhbəri - Aygün Əzizova liseyin - İKT üzrə direktor müavini.
2. “Tankerlərdə mini sexlərin vasitəsi ilə dəniz ekologiyasının çirklənməsinin qarşısının alınması.” – 11r2 sinif şagirdi Səmədov Davud , 10 r2 sinfinin şagirdləri - Aydan Məmmədova, Şeyda Rzazadə
Layihənin elmi rəhbəri - Kamran Rəhimov- liseyin fizika müəllimi
3. “Daxili suların qamışın və qarğının çayların sahilində becərilməsi ilə təmizlənməsi”- 10 r1 sinfinin şagirdləri - Tahir Miriyev və Cahar Əkbərov.
Layihənin elmi rəhbəri - Natalya Qurbanova -liseyin biologiya müəllimi
4 .“Texniki sistemin layihələndirmə prsedurlarının avtomatlaşdırılması üçün proqram əməliyyatlarının mərhələləri”
Layihənin elmi rəhbəri - Cavanşir Məmmədov - Sumqayıt Dövlət Universitetinin professoru

5.Rzazadə Şeyda
6.Əkbərov Cahar
7.Miriyev Tahir
8.Quliyev Əbdül

Sizə uğurlar arzulayırıq!

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0