Sovet İttifaqı Qəhrəmanı General Həzi Aslanovun anadan olmasının 105-ci ildönümünə həsr olunmuş xatirə mərasimi

04 Fevral 2015

  Akademik Zərifə Əliyeva adına liseydə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun anadan olmasının 105-ci ildönümünə həsr olunmuş xatirə mərasimi keçirilmişdir. 

Görüşdə məktəb rəhbərliyi, müəllimlər, müharibə veteranları və şagirdlər iştirak etmişdirlər.
İlk olaraq tədqiqatçı-jurnalist, əməkdar incəsənət xadimi, H. Aslanov haqqında iki film müəllifi, generalın irsinin araşdırmaçısı professor musa Bağırov generalın keçdiyi şərəfli yol haqqında liseyin şagirdlərinə ətraflı məlumat vermişdir. Daha sonra Böyük Vətən müharibəsi zamanı hərbi pilot olmuş Damət Nəbiyev və Stalinqrad uğrunda gedən döyüşlərin canlı şahidi olan B. Məmmədov  II Dünya müharibəsində keçdikləri çətin, şərəfli ömür yollarından danışmışdılar.

Bu görüşdə şagirdlər Həzi Aslanovun Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunduğu haqda məlumat əldə etmişdilər.
Tədbirin sonunda qeyd olunmuşdur ki, general Həzi Aslanov keçdiyi bu şərəfli döyüş yolu ilə təmsil etdiyi Azərbaycan xalqının nə qədər mərd və mübariz olduğunu sübut etmişdir.

Bu tədbir çərçivəsində liseyin şagirdləri Şəhidlər xiyabanını ziyarət etmiş, "Hərb tarixi " muzeyinə gedən X sinif şagirdləri generalın şəxsi əşyaları və 14 nömrəli T-34 tankı və digər eksponantlarla tanış olmuşdurlar.



Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0