“Təlimdə Tər, Döyüşdə Zəfər” adlı hərbi idman bayramı keçirilib

27 May 2024

27.05.2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına liseydə 28 May Respublika Gününə həsr olunmuş “Təlimdə Tər, Döyüşdə Zəfər” adlı hərbi idman bayramı keçirilib.

Maraqlı və həyəcanlı keçən yarışda qalib komanda liseyimizin 10A2 sinfinin "Əliyar Əliyev" komandası olub.

Qalib komandanı və eləcə də yarışda iştirak edən bütün komandalarımızı ürəkdən təbrik edir, göstərdikləri yüksək performansa görə hər birinə dərin təşəkkür edirik.