"Vaqif" pyesi səhnələşdirildi

27 Fevral 2015

27.02.2015-ci il tarixində liseyimizdə Azərbaycan dili müəllimi Pərvin Qəribovanın bədii rəhbərliyi ilə XI a1 sinif şagirdləri S.Vurğunun "Vaqif" pyesini səhnələşdirmişlər. Tamaşada liseyimizin müəllim və şagird heyəti ilə yanaşı, valideynlər də iştirak edirdilər. Tamaşada şagirdlər yüksək aktyorluq  bacarığını nümayiş etdirdilər. Tədbirin sonunda liseyin direktoru Mehriban xanım Vəliyeva çıxış edərək, şagirdləri bu münasibətlə təbrik etdi.