Xocalı qətliamı

26 Fevral 2015

Bu gün Akademik Zərifə Əliyeva adına liseydə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş  "Xocalı qətliamı" adlı tədbir keçirilib. Tədbirdə azğın erməni vandallarının Qarabağın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırım qurbanları yad edilmiş, həmin faciəni əks etdirən sənədli kadrlar nümayiş etdirilmiş, şagirdlərin ifasında şeirlər və çıxışlar səsləndirilmişdir. Mənfur erməni ideoloqlarının azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, cinayətləri öz dillərindən səsləndirdiyi kadrlar dinləyənlərin qəlbində düşmənə nifrət hissini daha da alovlandırdı.
Tədbirdə həmçinin "Ataya məktub " adlı kompozisiya səsləndirildi və 2014-cü ilin fevral ayında akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin iştirakı ilə Azərinin "Qarabağ" mahnısına çəkilmiş klip nümayiş etdirildi.
Sonda tədbirin təşkilatçısı liseyin Azərbaycan dili müəllimi Aynurə İsmayılova və liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək tədbir iştirakçılarını Xocalı faciəsini unutmamağa, bu qətliamı, soyqırımı bütün dünyaya bəyan etməyi tövsiyyə etdilər.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0