Xızıya səfər

17 Fevral 2014

17 fevral 2014-cü il tarixində “ Qarabağ “ adlı kompozisiyanın çəkilişi ilə bağlı liseyin müdiriyyəti, müəllim, valideyn və şagird kollektivi ile birgə Xızıya səfər etdilər. Kompoziya vətənpərvərlik ve Xocalı soyqırımında şəhid olanların xatirəsinə həsr olunmuşdu. Çəkilişdə liseyin bütün 9, 10 və 11-ci sinif şagirdləri iştirak edirdi. Kompozisiyanın çəkilişində şagirdlər öz vətənpərliklərini bir daha sübut etdilər. Çəkiliş zamanı şagirdlər çox böyük qürur hissi ilə Azərbaycan bayrağını dalğalandırırdılar.