Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gül bayramı keçirildi

06 May 2015

6 may tarixində Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Akim Abbasov küçəsi 25 ünvanında yeni salınmış istirahət parkında "Gül bayramı" keçirilib.
Tədbir Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunub. Bayram tədbirində rayonun bütün idarə və təşkilatları, ümumtəhsil məktəblərinin kollektivləri, uşaq tərbiyə müəssisələrinin nümayəndələrinin təbii güllərdən hazırlanmış əl işləri nümayiş etdirilib. 
Qeyd edək ki, "Gül bayramı"nda iştirak edən ümumtəhsil müəssisələri arasında Akademik Zərifə Əliyeva adına lisey də var idi. 

Tədbir musiqili- əyləncəli proqramla davam edib.