Ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunmuş məktəblilərarası I fənn müsabiqəsinin qalibləri

15 Yanvar 2015

Bakı və Sumqayıt şəhərlərinin 30 ümumtəhsil məktəbi, lisey və gimnaziyasının VII-IX sinif şagirdləri arasında riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə 3 mərhələdən ibarət müsabiqəyə yekun vurulmuşdur.
Müsabiqə Təhsil Nazirliyinin pilot layihələrlə iş sektoru tərəfindən təşkil edilmişdir. Həmin müsabiqədə Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri də uğurla çıxış etmişlər. Belə ki, VIIII A sinif şagirdləri İsmayıllı Xalid fizika fənni üzrə II yerə, Rəhimli İsmayıl isə biologiya fənni üzrə III yerə layiq görülmüşdür.