Şagirdlərin mütaliə vərdişlərini möhkəmləndirmək üçün debat dərslər

12 Mart 2015

Martın 12-də Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseydə şagirdlərin mütaliə vərdişlərini möhkəmləndirmək məqsədilə müxtəlif fənlər üzrə debat dərslər keçirilib.
Debat dərslərdən öncə qonaqlar tədris ocağının foyesində təşkil olunmuş sərgiyə baxıb və şagirdlərin mütaliə etdikləri bədii əsərlər əsasında hazırlanmış səhnəciklərə tamaşa ediblər.

Həmçinin, liseyin şagirdləri “Ən yaxşı oxucu mənəm” və “Gənc yazarlar” nominasiyaları üzrə müsabiqədə də fəal iştirak ediblər. Müsabiqənin nəticələrinə görə, “Ən yaxşı oxucu mənəm” nominasiyası üzrə 10a1 sinif şagirdi Nicat İsmayılov, “Gənc yazarlar” nominasiyası üzrə 10a1 sinif şagirdi Orxan Əhmədov və 9r1 sinif şagirdi Ayşən Əliyeva I yerə layiq görülüblər.

Eləcə də təhsil müəssisəsinin şagirdləri “Yalnız mütaliə etmirəm, həm də mütaliəyə cəlb edirəm” adlı layihəni uğurla davam etdirirlər. Belə ki, şagirdlər uşaq evlərinə gedərək, mütaliəyə olan marağı daha da artırmağa və məktəblilərdən ibarət oxucu auditoriyasını genişləndirməyə çalışırlar.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə uyğun olaraq, liseydə “Şəxsiyyət tərbiyəsində, insanın kamilləşməsində, dünyagörüşünün formalaşmasında mütaliənin rolu” mövzusunda hazırlanmış silsilə tədbirlər davam etdirilir.

 


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0