Şuşasız keçən 23 il

08 May 2015

08.05.2015 -ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə Şuşa şəhərinin işğalının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə liseyin təlim- tərbiyə işləri üzrə direktor müavini Ələddin Məmmədli, tarix müəllimləri Pərviz Ağalarov, Rüfət Rizayev çıxış edərək 1992-ci il mayın 8-də Azərbaycanın dilbər guşəsi, musiqi, mədəniyyət ocağı olan Şuşanın məkrli ermənilər tərəfindən işğalının ağır nəticələrindən söhbət açdılar.