“Əbədi lider, böyük şəxsiyyət”

19 Aprel 2013

  19 aprel 2013-cü il tarixində Heydər Əliyev adına Mərkəzdə liseyin tarix müəllimi R.Rizayev tərəfindən Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq “Əbədi lider, böyük şəxsiyyət” mövzusunda açıq dərs keçirildi.
Rizayev Rüfət ilk öncə dahi şəxsiyyət, böyük siyasətçi Heydər Əliyevin həyat yolu , siyasi fəaliyyəti haqqında danışaraq ümummilli liderin Azərbaycan üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, siyasi şəristəsindən söz açdı.
Məktəblilər mövzu ilə bağlı öz biliklərini, düşüncələrini ifadə edərək dahi şəxsiyyətin hər bir azərbaycanlı gənci üçün örnək olduğunu, onun yaradıb qurduğu müasir Azərbaycanın çiçəklənməsi və daha da inkişaf etməsi üçün gənclərin Heydər Əliyev şəxsiyyətini daha da dərindən öyrənməli, tədqiq etməli olduqlarını xüsusilə vurğuladılar.
Dərsdə liseyin şagirdləri və müəllimləri ilə yanaşı mərkəzin əməkdaşları da iştirak edirdi. Dərs şagirdlərin böyük marağına səbəb oldu, onların sualları cavablandırıldı.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0