1 oktyabr Beynəlxalq Ahıllar Günüdür

01 Oktyabr 2015

 
                         Kiçiklərimizə mərhəmət etməyən, böyüklərimizə hörmət göstərməyən bizdən deyildir.
                                                                                   
                                                                                                           Məhəmməd Peyğəmbər (s.a.v.)

1 oktyabr Beynəlxalq Ahıllar günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. 

Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, ahıllar və onların problemləri Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. 

İnsan hörmətə layiq yaradılmışdır. Yaşına, irqinə, irsinə fərq qoymadan ona hörmət etmək hamının borcudur. İlk öncə isə bu varlıq özü öz dəyərini anlamalıdır. Hörmət aradan qalxarsa, bəşəriyyət son gününü yaşayar və bu bəşəriyyətin qiyaməti olar. Əl tutmaq Əlidən qalıb. Dünyanın ən gözəl rəsmi gənc əlin zamanında ona dəstək verən yaşlı əli tutmasıdır. Üzərində haqqı olan o əli tutmaq qədər savab iş yoxdur. O əl ki başa sığal çəkir, o əl ki insanın gözündə ən güclü dəstəkdir, o əl ki çoxlarımız o əlin istisinə həsrətik, o əl ki çoxları onun qədrini bilmirlər. Qocaldıqlarına görə valideynlərinizi atmayın. Dünyanın ən gözəl rəsmi üzdəki o qırışlardır. Həyatı göstərir. Yaşanmışları göstərir. Yaşlıları olmayan millət millət deyidir. Yaşlılar onun varlığının sübutu, gücünün təmsilçiləridir.

İnsanlara zamanında qiymət verin. Unutmayın ki, etdiyiniz əməllərlə mütləq şəkildə qarşılaşacaqsınız. 
Əvəz - əvəz dünyasında əvəzsiz gözəlliklər yaratmaq niyyətilə bayramınız mübarək.