15 sentyabr - Bilik Günü

15 Sentyabr 2012

Hər il olduğu kilmi, cari tədris ilində də  liseyimizin   kollektivi Bilik Gününü böyük  təntənə ilə qarşıladı. Buna səbəb liseyimizin məznunlarının yüksək göztəricilərlə ali məktəblərə daxil olması, doğma liseyin adını daha da yüksəklərə ucaltmaşıdır.
 

Bu gün bura toplaşan hər kəsin üzündə əsl bayram əhval-ruhiyyəsi duyulurdu.  Hətta liseyə təzə qəbul olunmuş  şagirdlərdə belə  həyəcan hiss olunmurdu. Çünki onlar bilirdilər ki, bu gündən mehriban bir ailəyə üzv olurlar.


Tədbirdə liseyimizin qabaqcıl müəllimləri yeni  tədris ilinə başlayan şagirdlərə  ünvanlanan, xoş arzularla dolu çıxışlar etdilər. Şagirdlərin qarşısında incəsənət  xadimləri yaddaqalan nömrələrlə çıxış etdilər.


Tədbirin sonunda liseyin direktoru M.Vəliyeva cıxış edərək  hamını Bilik Günü münasibəti ilə təbrik etdi, yeni dərs ilində hamıya uğurlar dilədi.  Səslənən  zəng  şagirləri təkcə  sinif otaqlarına deyil, gələcəkdəldə qazanacaqları  uğurlara doğru  apardı.