2016-2017-Cİ TƏDRİS İLİNDƏ ZƏRİFƏ ƏLİYEVA ADINA LİSEYIN QƏBUL İMTAHANLARINDA İŞTİRAK ETMƏK ARZUSUNDA OLAN 8-Cİ SİNİF ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ

05 Fevral 2016

Əldə olunmuş bilikləri təkrarlamaq və testlərlə işləmək bacarıqlarını təkmilləşdirmək məqsədi ilə 01.02.2016-cı  il tarixindən liseydə hazırlıq kursları fəaliyyətə başlayır.
Kurslar Azərbaycan və rus dillərində seçilmiş qrupun profil fənləri  üzrə təşkil  olunur.
Fəaliyyət göstərəcək kursun aylıq ödəniş haqqı ( hər fənn üzrə) 40 AZN-dir.
Qeydiyyat üçün  kiçik mətbəəyə (otaq №108) müraciət edə bilərsiniz.