2024-2025-ci tədris ili üçün Akademik Zərifə Əliyeva adına liseyin IX siniflərinə qəbul elan edilir

17 May 2024

2024-2025-ci tədris ili üçün akademik Zərifə Əliyeva adına liseyin IX siniflərinə qəbul prosesinə başlandı!

İmtahan tarixi: 9 iyun 2024-cü il
Son qeydiyyat: 5 iyun 2024-cü il

Müsabiqədə hazırda ümümtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələrinin 8-ci sinif şagirdləri iştirak edə bilərlər.
İmtahanda iştirak etmək üçün aşağıda göstərilən sənədlər liseyə təqdim olunmalıdır.

1.Müraciət anketi (Endirmək üçün: https://bit.ly/3Br0OWZ)
2.Şagirdin şəxsiyyət vəsiqəsinin surəti
3.Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
4.Şagirdin son 6 ayda çəkilmiş 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkli

Sənədlərin qəbul vaxtı təyin olunduğu gündən həftə içi hər gün (iş günləri) 10:00-dan 14:00-a qədərdir.
İmtahanda iştirak etmək üçün müvafiq buraxılış vərəqini qeyd olunacaq tarixdə liseyimizdən əldə edə bilərsiniz.

Məlumat üçün bildirək ki, 2024-2025-ci tədris ilində liseyimizin 8-ci sinfində təhsil almaq istəyənlər üçün qeydiyyat artıq elan edilib. Qəbul qaydaları ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən elan edilən linkdən (
bit.ly/3K6gWBm ) ətraflı məlumat əldə edə bilərsiniz. 8-ci sinfə qəbul prosesində liseyimiz tərəfindən sənəd qəbulu aparılmır və ya imtahan keçirilmir.