2024-2025-ci tədris ilində liseyimizin 9-cu sinfinə qəbul olan şagirdlərin sənəd qəbulu başlayıb

29 Avqust 2024

Liseyimizə qəbul olan 9-cu sinif şagirdlərinin sənəd qəbulu başlayıb.

Valideyn və ya qanuni nümayəndə liseyimizin 9-cu sinfinə qəbul olan şagirdin şəxsi işlərini iş günləri 29 avqust saat 10:00 tarixdən 5 sentyabr saat 14:00-dək liseyimizə yaxınlaşaraq təqdim etməlidir.

Bu vaxt ərzində sənədlər liseyə təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır.

Qeyd edək ki, şəxsi işlər təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni 2 nüsxədə çap edərək imzalamalı və ərizənin birini şagirdin çıxdığı məktəbə təqdim etməlidir. Həmin ərizəni təqdim etməklə şagirdin öncəki məktəbindən müvafiq sənədləri (şəxsi iş, tibbi kart və.s) əldə edib, çap edilən digər ərizə ilə birlikdə liseyimizə təhvil verməlidirlər.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0