8 Mart - Qadınlara həsr olunmuş tədbir

11 Mart 2012

8 Mart- qadınlara məxsus olan gözəl bir bayramdır... Məhz bu gün bir çox dünya ölkələrində qadınlar bayramıdır.

Akademik Zərifə Əliyeva adına məkətəbdə 7 mart tarixində “8 Mart Beynəlxalq Qadınlar Bayramı”na həsr olunmuş möhtəşəm bir tədbir keçirildi. Məktəbin bütün şagirdlərinin və qadın müəllimlərinin iştirakı ilə baş tutan tədbir yalnız oğlanlar tərəfindən təşkil olunmuşdur. Tədbirdə oğlanlar çox gözəl çıxışlar etdilər, öz fikirlərini, qadınlara, analara olan sözlərini səhnəciklərlə və musiqi vasitəsilə ifadə etməyə çalışdılar. Bu gözəl tədbiri təşkil edən oğlanlar həm güldürdülər, həm çox gözəl təbrik sözləri söylədilər, eyni zamanda müəllimlərə hədiyyələr də təqdim etdilər...

Məktəbimizdə qadınlara həsr olunmuş bu ilki tədbir daha da maraqlı və fərqli idi...